Həkim müayinəsindən keçmədən və analiz vermədən vitamin qəbulu yolverilməzdir.
“Aran” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, müayinə olunmadan vitamin qəbulu immun sistemini gücləndirməyə xidmət etmir:
“Çünki vitamin çatışmazlığı orqanizmimiz üçün nə qədər zərərlidirsə, vitamin çoxluğu da bir o qədər zərərlidir”.
Həkim qeyd edib ki, immuniteti gücləndirmək üçün ilk növbədə, yuxu rejiminə, ikinci növbədə isə qidalanmaya diqqət etmək lazımdır:
“Nəzərə almaq lazımdır ki, yaxşı qidalanmaq çox yemək deyil, balanslı qidalanmaqdır”.