Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “İdman həftəsi” çərçivəsində (27 fevral-5 mart) 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq ustad dərsi təşkil olunub.
“Aran” xəbər verir ki, martın 2-də Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ş. Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin idman zalında yuxarı sinif şagirdləri üçün karate-do idman növü üzrə ustad dərsləri keçirilmişdir. Dərslər Azərbaycan Respublikasının Əməkdar məşqçisi Eldəniz Qənbərov tərəfindən keçirilib.





