Ağcabədinin icra başçısı şəhidin ailəsini ziyarət edib – FOTO VİDEO

Dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğı, bununla bağlı həyata keçirilən tədbirlər Ağcabədi rayonunda da mütəmadi olaraq davam etdirilir.

Rayon rəhbərliyi tərəfindən qazilərimizlə, şəhidlərimizin ailələri ilə vaxtaşırı görüşlər keçirilir, onların bütün müraciətlərinə həssaslıqla yanaşılır, problem və qayğılarının həlli üçün müvafiq işlər görülür. İstər şəhidlərimizin doğum və anım günlərində, istər bayramlarda, istərsə də digər adi günlərdə onların ailələri ziyarət olunur, bəzən bu görüşlər həmin ailələrin öz dəvəti ilə də həyata keçirilir.

“Aran” xəbər verir ki, martın 2-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsi şəhidi Rövşən Allahverdiyevin anasının istəyi ilə onların ailəsini ziyarət edib.

Ziyarətdə həmçinin Ağcabədi RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon Xidmət Şöbəsinin müdiri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Rayon rəhbəri Qaraxanlı kəndində yaşayan ailənin qayğıları ilə maraqlanıb, problemlərini dinləyib. Rayon rəhbəri müəyyən çətinliklərinin həlli, o cümlədən şəhidin ailə üzvlərinin işlə təmin olunması üçün aidiyyatı qurumun xətti ilə müvafiq köməkliyin göstəriləcəyini bildirib.

Qeyd olunub ki, həssas əhali qrupları ilə bağlı tədbirlər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da müntəzəm davam etdirilir və dövlət siyasətinə uyğun olaraq görülən işlər hər bir vətəndaş üçün mənəvi borcdur.

Şəhidin anası Güleyşə Allahverdiyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər