Növbəti səyyar qəbul Kəbirli kəndində keçirildi – FOTO VİDEO

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarında icra başçılarının müntəzəm olaraq səyyar qəbulları keçirilir. Səyyar qəbullar  rəhbər şəxslərin sıravi vətəndaşlarla görüşü, sakinlərin problemlərinin yerində öyrənilməsinə, düzgün təhlil aparılmasına və qaldırılan məsələlərin operativ həll olunmasına imkan yaradır.

Elə bu məqsədlə də, vətəndaş məmnunluğunu daim rəhbər tutan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hər həftə yerlərdə səyyar qəbullar keçirir. Belə qəbullardan biri də martın 1-də rayonun Kəbirli kəndində baş tutub.

“Aran” xəbər verir ki, keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, media nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Kənd məktəbində keçirilən görüşdə giriş nitqi ilə çıxış edən rayon rəhbəri Rafil Hüseynov cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuzun qazandığı böyük zəfərin xalqımız üçün nə qədər önəmli  olmasından və işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işlərinin geniş vüsət almasından söz açıb.

Ardınca çıxış üçün söz kənd sakinlərinə verilib.

Zahid Musayev kənddə elektrik enerjisinin verilməsində yaranan fasilələrdən, Elmidar Çobanov içməli suyun azlığından, İsmayıl Məmmədov kənddə körpələr evi-uşaq bağçasının tikintisinə, Habil Mamedov isə işə ehtiyacı olmağından söz açıblar.

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib,  müvafiq izahatlar verilib, kənd sakinlərinin qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və həlli mümkün məsələlər nəzarətə götürülüb.

Pərvin ŞAKİRQIZI

Fotolar Mais İbrahimovundur

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com