Azərbaycan Premyer Liqasında XXV tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Aran“un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Hazırda 35 xalla 4-cü pillədə qərarlaşan “Zirə” 19 xalla 8-ci olan “Şamaxı”nə qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 29 dəfə üz-üzə gəlib. Bunların 11-də paytaxt klubu, 6-da bölgə təmsilçisi qələbə qazanıb. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “qartallar”ın aşkar üstünlüyü var – 34:27.

“Şamaxı” son 10 oyunda “Zirə”yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.

Azərbaycan Premyer Liqası
XXV tur
3 mart (cümə)

17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun “Səbail” – “Sumqayıt” və “Sabah” – “Kəpəz” oyunları martın 4-də, “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” matçları isə martın 5-də keçiriləcək.

Şərhlər