Azərbaycanda yenə zəlzələ olub.”Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Bildirilib ki, saat 20:12-də Şirvan stansiyasından 30 km şimal-qərbdə Hacıqabul rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar hiss olunmayıb.