Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayı son 10 ildə ən aşağı həddə düşüb

2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 628.6 min ədəd, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 772.1 min baş təşkil edib.

APA-Economics”in son 10 il ərzində kənd təsərrüfatı heyvanlarının sayının dəyişməsi barədə apardığı araşdırmaya əsasən, cari ildə bu say son 10 ilin ən aşağı həddinə düşüb.

Son 10 ilin statistikasına görə, kənd təsərrüfatı heyvanlarının sayının ən yüksək həddi 2016-ci ildə müşahidə olunub. Belə ki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2 mln. 708.3 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8 mln. 677.5 min baş təşkil edib.

Şükran Məmmədov

Şərhlər