“Google Chrome” tablarla bağlı yenilik edir

“Google” “Microsoft Edge”dən sonra yeni funksiya üzərində işləyir.

Trend-in məlumatına görə, “Reddit”-də görünən skrinşotlara görə, “Chrome” istifadəçiləri tab nişanını iki dəfə klikləməklə bağlaya biləcəklər. Bu, birdən çox nişanı idarə etməyi asanlaşdıracaq.

Bildiyiniz kimi, brauzerlərdə çox sayda tab olduqda, “X” düyməsi görünməz olur və bu, tabları idarə etməyi çətinləşdirir. Yeni funksiya istifadəçilərin işini asanlaşdıracaq.

Məlumata görə yalnız “Chrome Canary”də sınaqdan keçirilmiş yeni funksiyanın stabil “Chrome”a nə vaxt gələcəyi hələlik bəlli deyil.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər