Dünən axşam saatlarında ölkə ərazisində baş verən külək Ağcabədidə də elektrik təsərrüfatına və rabitə xətlərinə ciddi ziyan vurub. Həmçinin güclü külək ağacları aşırıb.
“Aran” xəbər verir ki, dam örtüyü və ağacların aşması nəticəsində elektrik və rabitə xətləri sıradan çıxıb və nəticədə rayon ərazisində internetin və elektrik enerjisinin verilişi dayanıb. “Azərişıq” ASC-nin əməkdaşları ərazilərdə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər aparır.
Eyni zamanda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən yerlərdə dəymiş ziyan barədə məlumatlar dəqiqləşdirilir.









