AZAL qadınları təbrik edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sərnişinləri üçün xüsusi bayram ab-havası hazırlayıb.

Aran” AZAL-a istinadən xəbər verir ki, bu gün Azərbaycan aviaşirkətinin reyslərində səyahət edən qadınların hər biri təyyarə göyərtəsində çiçəklə, eləcə də pilotların səmimi arzuları ilə təbrik edilib.Bayram əhval-ruhiyyəsi yalnız göydə yaradılmayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda güllərlə bəzədilmiş qeydiyyat masaları da sərnişinlər üçün xüsusi bayram ab-havası yaradıb.AZAL bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və “Azərbaycan Hava Yolları” ilə xoş səyahətlər arzulayır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər