Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi.
(Cak Lemmon)
* * *
Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir.
(Budda)
* * *
Qadın, insanın kölgəsi kimidir, qovsanız qaçar, qaçsanız qovar.
(Çamfort)
* * *
Sevən qadının fədakarlığı ölçüyə gəlmir.
(Alfons Dode)
* * *
Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir.
(Şəms Təbrizi)
* * *
Dünyada gördüyümüz hər şey qadının əsəridir.
(Mustafa Kamal Atatürk)
* * *
Qadının nə düşündüyünü bilmək istəyirsinizsə, ona qulaq asmayın, sadəcə baxın.
(Oskar Uayld)
Topladı: Hüseyn Quluzadə