2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 2157 yeni fərdi sahibkarlıq subyektləri yaradılıb.
“Aran” ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il azad edilmiş rayonlarda 797 yeni iş yerləri açılıb. Yeni yaradılan müəssisə və təşkilatların sayı isə 101-ə bərabər olub.

Qeyd edək ki, ötən il ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradılıb. Belə ki, 2022-ci ildə Ağdam rayonunda 184 yeni iş yeri və 775 fərdi sahibkarlıq subyekti yaradılıb.