Polis əməkdaşlarının martın 13-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,9 kiloqramdan artıq heroin, 11,4 kiloqramdan çox marixuana, 2 kiloqram tiryək, 4,5 kiloqramdan çox metamfetamin və 200 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.