ÜST-nin rəhbəri COVID-19 pandemiyasının 2023-cü ildə başa çatacağına əminliyini bildirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus əmindir ki, 2023-cü ildə COVID-19 pandemiyası başa çatacaq və bu xəstəliklə bağlı beynəlxalq fövqəladə vəziyyət rejimi ləğv olunacaq.

“Aran”  TASS agentliyinə istinadla xəbər verir ki, ÜST başçısı bu fikirləri səhiyyə sahəsinə verdiyi töhfəyə görə ona Tomas Frensis (oğul) medalı təqdim olunarkən deyib.

“Mən əminəm ki, bu il biz həm də pandemiya kimi beynəlxalq əhəmiyyət kəsb edən COVID-19 virusunun ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət kimi başa çatdığını deyə biləcəyik”, – deyə Qebreyesus bildirib.

O xatırladıb ki, martın 11-də COVID-19 virusunun qlobal yayılmasının ÜST tərəfindən pandemiya kimi ilk dəfə səciyyələndirdiyi tarixdən düz 3 il keçir. Bu, dünya KİV-lərinin diqqətini çəkən əlamətdar an idi. Lakin onun sözlərinə görə, ÜST tərəfindən həmin tarixdən 6 həftə əvvəl – 2020-ci il yanvarın 30-da təşkilat koronavirusun yayılmasını “ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət kimi” elan edilməsi daha mühüm məqam oldu.

“Hazırda biz, sözsüz ki, pandemiya zamanlarında olduğundan daha yaxşı vəziyyətdəyik”, – deyən Baş direktor diqqəti o fakta çəkib ki, hazırda həftəlik qeydə alınan ölüm hallarının sayı ÜST 3 il bundan əvvəl “SARS-CoV-2” virusunun yayılmasına münasibətdə birinci dəfə “pandemiya” kəlməsini işlətdiyi vaxtla müqayisədə ilk dəfə olaraq aşağıdır. “Yaxşılaşma əhəmiyyətli şəkildədir”, – deyə Qebreyesus vurğulayıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər