Azərbaycanda kənd təsərrüfat təyinatlı torpaqlar 90-cı illərdən sonra kortəbii formada paylanılıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, xeyli həcmdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri qanunsuz formada tikintiyə verilib.
“Bu sahədə müəyyən çətinliklər mövcuddur və bu məsələləri demək vacibdir. Bu istiqamətdə tədbirlər görülür, bir çox sərəncamlar var, tapşırıqar var və işlər gedir”, – deyə T.Rzayev bildirib.