Cəbrayıl rayonunun Soltanlı kəndi – FOTOLAR

Cəbrayıl rayonunun Soltanlı kəndi Arazboyu düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və üzümçülük olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.

 İşğal dövründə erməni vandalizminə məruz qalmış Soltanlı kəndinin görüntülərini təqdim edirik.

Mənbə: Azərtac

Şərhlər