Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.
“Aran” xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq.
Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri hazırda 21 xalla yeddinci, Ağdam klubu 68 xalla birinci pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 41 dəfə üz-üzə gəliblər. Bunların 31-də “köhlən atlar”, 5-də “gənclik şəhəri” təmsilçisi qələbə qazanıb. Daha 5 görüşdə isə bərabərlik qeydə alınıb. Topların nisbətində də qonaqların aşkar üstünlüyü var – 96:19.
Günün ikinci matçında “Sabah” “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 59 xalla ikinci, “qartallar” 37 xalla dördüncüdür. Tərəflər Premyer Liqada 17 dəfə görüşüblər. Əvvəlki qarşılaşmaların 8-də “bayquşlar”, 4-də isə “Zirə” meydanı 3 xalla tərk edib. Topların nisbətində də “Sabah” üstündür – 26:21.
Azərbaycan Premyer Liqası
XXVII tur
18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”
20:30. “Zirə” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XXVII turun “Səbail” – “Turan Tovuz” və “Neftçi” – “Kəpəz” oyunları martın 16-da, “Qəbələ” – “Şamaxı” görüşü isə martın 17-də keçiriləcək.