Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib

Baharın gəlişi Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə də qeyd edilib.

“Aran” xəbər verir ki, Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Gənclər İnkişaf  Karyera Mərkəzinin (GİKM) Ağcabədi nümayəndəliyinin  birgə əməkdaşlığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib.

GTM Qarabağ regional ofisinin əməkdaşı Ülviyyə Qasımova bayram münasibəti ilə şənlik iştirakçılarını təbrik edib. O, bildirb ki, Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Bu bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi də qiymətləndirilir. Artıq 3 ildir ki, ölkəmizdə Zəfər qoxulu Novruz bayramı qeyd edilir. Buna görə də bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük sevinc və zəfər ruhu ilə qeyd edirik.

Tədbirdə, GTM və GİKM könüllüləri rəqs nömrələri və səhnəciklərlə çıxış edərək uşaqları əyləndiriblər, Novruz adət ənənələrindən olan yumurta döyüşdürüb, haxıştalar,bayatılar səsləndiriblər. Kosa və keçəlin gəlişi uşaqların böyük sevincinə səbəb olub.

Daha sonra Novruz tonqalı qalanıb. Tonqal ətrafına toplaşan tədbir iştrakçıları, tonqal üzərindən atlayaraq, yallı gedərək  bayramın gəlişini qeyd ediblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com