Avropa çempionatı: Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.

“Aran”  xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/4 final mərhələsində Mariya Ferone (İtaliya) ilə üz-üzə gələcək.

57 kq-dakı Jalə Əliyeva təsnifatda Aleksandr Xomenetslə (Ukrayna), 65 kq-dakı Birgül Soltanova eyni raundda Gergana Stoyanova (Bolqarıstan) ilə güləşəcək.

Bu gün, həmçinin, 55 kq-dakı Elnurə Məmmədova bürünc medal uğrunda görüşdə Mihaela Samoillə (Moldova), 68 kq-dakı Nigar Mirzəzadə təsəlliverici qarşılaşmada Karolina Kozlovskayla (Polşa) güləşəcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər