Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəailyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq Ağcabədidə tədbir keçirilib.
“Aran” xəbər verir ki, martın 17-də rayon icra hakimiyyətinin binasında təşkil olunan tədbirdə RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xətai Zeynalov, rayon prokurorluğunun, təhsil, səhiyyə, mədəniyyət müəsissələrinin əməkdaşları, yerli icra və bələdiyyə nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xətai Zeynalov ölkəmizdə korrupsiya halları və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. O, bildirib ki, dövlət qurumları tərəfindən vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması, korrupsiya risklərinə qarşı effektiv idarəçilik, bu sahədə həyata keçirilən layihələr və maarifləndirci tədbirlərin xüsusi əhəmiyyəti var.
Sonra rayon prokurorunun böyük köməkçisi Nicat Zamanzadə çıxış edərək, korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, belə halların ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumat verib.
Rəmziyyə HƏSƏNOVA