Ağcabədidə Novruz bayramı böyük təntənə ilə qeyd olunub

Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, əsrlərdir qeyd olunan  qədım el bayramıdır. Bu bayram xalqımızın milli düşüncə tərzini,  mənəvi aləmini,  folklorunu, milli varlığını, kimliyini təqdim edə bilən ən gözəl vasitədir.  Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.

Ölkəmizdə bu bayram hər zaman böyük təntənə ilə qeyd olunur. Ağcabədidə də Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir, şəhid ailələri, qazilər, imkansız ailələr ziyarət olunur, onlara bayram sovqatları aparılır, xalqımızın birliyi, həmrəyliyi  daha  da möhkəmlənir.

“Aran” xəbər verir ki, martın 17-də  Ağcabədi şəhər Heydər Əliyev meydanında Novruz bayramına həsr olunmuş böyük mərasim təşkil olunub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, təşkilat və müəssisələrin kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçirilib. Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən görüntülər, səslənən xeyir – dualar keçmişimizin mənzərəsini canlandıraraq tədbirə xüsusi rəng qatıb.

Faytonla bayram ab-havasında bəzədilmiş meydana daxil olan Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra  tonqal məşəli rayon rəhbərinə təqdim edilib və bayram tonqalı alovlandırılıb.

Çıxış edən icra başçısı Rafil Hüseynov tədbir iştirakçılarını təbrik edib, onlara can sağlığı,ruzi- bərəkət, firavan həyat arzulaylıb.

Ümumrayon tədbirində gənc idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.  

Bayram tədbiri Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.

 

Fotolar Mais İbrahimovundur                       

Məhsəti Musa

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com