Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Təhsil Tələbə Krediti Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə ümumtəhsil məktəblərində “İxtisas bələdçisi” adlı maarifləndirici görüşlər keçirilir.
“Aran” xəbər verir ki, növbəti belə görüşlərdən biri də Ağcabədidə C. İbrahimov adına şəhər 8 saylı tam orta, eləcə də Xocavənd kənd tam orta məktəblərində təşkil olunub. Görüşlərdə aidiyyəti qurumların əməkdaşları, sözügedən məktəblərin şagirdləri və valideynlər iştirak eviblər. Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Sura Əzizli iştirakçılara ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, Karyera planlaması üçün VİSA, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, ixtisas qruplarına daxil olan əsas ixtisaslar, onların gələcək perspektivləri mövzularında danışıb.
Həmçinin “Alo Karyera” dəstək xidməti, təhsil tələbə kreditinə müraciət qaydaları, seçim zamanı meyarlar haqqında iştirakçılara məlumat verilib.
Yekunda gənclərlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırıb.



