“Heydər Əliyev İli” ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatı tərəfindən martın 18-də
sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Əvvəlcə YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və bir qrup yarış iştirakçısı ulu
öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
Yarışı çıxış nitqi ilə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açıb.
M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbin idman zalında təşkil olunan yarışda
dahi liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni
səsləndirilib.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 2023-cü
ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev
İli” elan edildiyini, bu münasibətlə ölkənin hər yerində olduğu kimi Ağcabədi rayonunda
da silsilə tədbirlər keçirildiyini qeyd edib. Bildirilib ki, bu gün Azərbaycan beynəlxalq
aləmdə idman ölkəsi kimi tanınır. Elə bir mötəbər idman yarışı yoxdur ki, ölkə
idmançıları qələbə əldə etməsin. Dövlət başçısının dəstəyi ilə idman komplekslərinin
tikilməsi və idmançılara hərtərəfli qayğı göstərilməsi ölkəmizdə idmanın inkişafına böyük
təkan verib. R. Əhmədov yarış iştirakçılarına uğurlar arzulayıb və onları Novruz
bayramı münasibətilə təbrik edib.
Gərgin mübarizə şəraitində keçən yarışda I,II,III yer tutan
idmançılar YAP Ağcabədi rayon təşkilatı tərəfindən diplom və medallarla təltif edilib.
Sonda xatirə şəkli çəkilib.


