Ağcabədidə bayram günlərində yardımlar davam etdirilir

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq bayramlarda aztəminatlı ailələrə sovqatlar paylanılır, qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilir. Bu adət Novruz bayramında da davam etdirilib.

“Aran” xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları aztəminatlı ailələrə bayram sovqatları çatdırıb, onları bu əziz bayram münasibəti ilə təbrik ediblər.

Xatırladaq ki, yardım göstərilənlər içərisində bir neçə gün əvvəl evində yanğın olmuş 2 ailə əlavə olaraq isti geyimlər, yataq dəstləri, ərzaq və digər zəruri əşyalarla təmin olunublar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər