“Ağgöl” Milli Parkında bayram şənliyi təşkil edilib

Ağcabədidə milli-adət ənənələrimizi özündə yaşadan Novruz bayramı münasibəti ilə silsilə tədbirlər, şənliklər keçirilir. Növbəti belə bayram şənliyindən biri də “Ağgöl” Milli Parkında təşkil olunub.

“Aran” xəbər verir ki, martın 21-də keçirilən şənlikdə 9 saylı Regional Ekologiya vəTəbii Sərvətlər İdarəsinin, yerli icra hakimiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları “Ağgöl” Milli Parkında son zamanlar fərqli şəkildə tədbirlərin keçirilməsini çox sevindirici hal kimi qeyd ediblər. Onlar bu cür tədbirlərin təşkilində göstərdiyi diqqətə görə “Ağgöl” Milli Parkının rəhbəri Xəzər Məhərrəmova öz təşəkkürlərini bildiriblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər