Azərbaycana əczaçılıq məhsullarının idxalı 24% artıb

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 148 milyon 277.61 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

“Aran” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% və ya 28 mln. 770 min dollar çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 119 mln. 507.28 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 5.59%-ni təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 6.06%-nə bərabər olub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər