Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa, olmaz” hesab olunur? – FOTO

“iPhone 13”ün funksiyalarına ümumi baxış: Bu modeli hamıya uyğun edən nədir?“Apple” şirkəti “iPhone 13”ün baza versiyasını 2021-ci ildə təqdim etdi. Bu model daha yaxşı kamera, güclü “A15 Bionic” prosessoru və əvvəlki modellərlə müqayisədə daha həcmli batareya ilə təchiz edilmişdi. Bu məqalə “iPhone 13”ün kimlər üçün əvəzedilməz qadcet olmasından və onu hamıya uyğun edən amillərdən bəhs edir.“iPhone 13” smartfon silsiləsinin baza versiyası özündən əvvəlki modellərdən bizə yaxşı tanış olan dizaynı mənimsəyib. Bura düz kənarlar, möhkəm, şüşə arxa panel və minimum sayda texniki dəliklər daxildir. Smartfonun korpusu möhkəm aviasiya alüminiumundan hazırlanıb. Ən çox dəyişikliklər kameralarla bağlıdır: artıq arxa paneldəki kamera diaqonal şəkildədir, displeydə yerləşən ön kameranın altındakı çıxıntı isə nisbətən daha balaca olsa da, yüksək səviyyəli çəkiliş keyfiyyətini və “Face ID” ilə smartfonun açılması funksiyasını qoruyub-saxlayıb.

“iPhone 13”ün displeyi artıq daha parlaqdır. Daha hətta birbaşa Günəş şüaları belə cihazdan istifadə etməyə mane olmur, mətn və təsvirlər isə dəqiq və canlı görünür. Bu isə smartfondan daha çox qeyri-ofis şəraitində istifadə edənlər üçün xüsusilə rahatdır. Məsələn, bu model vasitəsilə sürücülər çətinlik çəkmədən naviqatordan yararlana, telefondan istifadə edən blogerlər və ya rejissorlar isə küçə çəkilişləri zamanı daha yaxşı kadrlar əldə edə bilərlər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər