Əziz elim Ağcabədi torpağı

Müqəddəsdir öz yurdumun torpağı,

İgidləri olmuş onun dayağı.

Əskik olmasın xoş olan növrağı,

Əziz elim, Ağcabədi torpağı!

Gəzmişəm obamı mən diyar-diyar,

Ulu babalardan qalmış yadigar.

Qız-gəlinin olsun hər an bəxtiyar,

Əziz elim Ağcabədi torpağı!

Məftun etmiş bizi gölü, çəməni,

Unutmaq olarmı olub-keçəni?!

Əzəl gündən istedadlar vətəni

Əziz elim, Ağcabədi torpağı!

İgidlərin yeri, yurdu, özüsən,

Şeir-sənət ocağının közüsən,

Yurdum-yuvam Vətənimin gözüsən,

Əziz elim, Ağcabədi torpağı!

Olmaz elin mənim kimi sevəni,

Üzeyirin, həm Yaqubun məskəni,

Milli qəhrəmanlarıı fəxrin, Vətən,

Əziz elim, Ağcabədi torpağı!
Əziz elim, Ağcabədi torpağı!

Şölə QƏDİROVA

Şərhlər