Növbəti səyyar qəbul Şərəfxanlı kəndində keçirilib

Martın 27-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 2023-cü il üçün növbəti səyyar qəbulunu Şərəfxanlı kənd sakinləri ilə keçirib. Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, yerli icra və bələdiyyə nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov sakinləri keçmiş Novruz bayramı münasibəti ilə təbrik edib, onlara can sağlığı arzulayıb. R. Hüseynov bildirib ki, dövlətimiz  tərəfindən həyata keçirilən davamlı və kompleks tədbirlər ölkəmizin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. O, dövlət başçısının bütün bölgələrə, o cümlədən Ağcabədiyə göstərdiyi diqqət və qayğıdan danışıb.

Sonra sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər dinlənilib. Kənd sakinləri Murad Quliyev, İxtiyar Əhmədov, Allahyar Qasımov, Sabir Qasımov və başqaları əkin sahələrinin suvarılması zamanı yaranan çətinliklərdən, kənd ərazisində sahibsiz itlərin artmasından, eləcə də bu kimi digər problemlərdən söz açıblar.

Həlli mümkün məslələrlə bağlı RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyyələr verilib.

Rəmziyyə HƏSƏNOVA

Fotolar Mais İBRAHİMOVUNDUR

Şərhlər