Ağcabədi rayonunda “Vətən bağı al-əlvandır” layihəsi davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədili gənc Fatimə Fərzəliyevanın “Vətən bağı al-əlvandır” Yaradıcılıq Festivalı adlı fərdi layihəsinin seçim mərhələləri davam edir.

Layihənin məqsədi gənclərin yaradıcı ideyalarının dəstəklənməsi üçün onların “Yaradıcılıq və İnkişaf Mərkəz”-lərinə cəlb edilməsi, öz fəaliyyət klublarının yaradılması və bu sahədə onların inkişafına kömək etməkdir.

Agcabadi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində layihənin ifaçılıq üzrə üçüncü seçim mərhələsi kecirilib.

Seçim mərhələsi zamanı münsiflər heyəti tərəfindən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin şagirdi Hacıyev Əflatun Taryel oğlu 1-ci yerin qalibi, İbrahimova Aylin Səbuhi qızı, 2-ci yerin qalibi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüsü və Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin 4-cu kurs tələbəsi Həsənov Mirhəsən Yaqub oğlu 3-cü yerin qalibi seçilib.

 “Aran”

Şərhlər