Bu nəqliyyat vasitələrindən yol vergisi alınacaq

Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.

Aran”, bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsinə dəyişikliklə bağlı imzaladığı Qanunda əksini tapıb.

Beləliklə, həmin nəqliyyat vasitələri üçün yol vergisi aşağıdakı kimi olacaq:

Ölkə ərazisində qaldığı müddətMühərrikin həcmi 2000 kub santimetrədək olduqdaMühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqdaMühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
1 aya qədər15 ABŞ dolları20 ABŞ dolları40 ABŞ dolları
3 aya qədər30 ABŞ dolları40 ABŞ dolları60 ABŞ dolları
1 ilə qədər40 ABŞ dolları80 ABŞ dolları120 ABŞ dolları
1 ildən yuxarı40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları120 ABŞ dolları+ 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları

Həmçinin təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar, o cümlədən nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi 38 tondan 41 tonadək olduqda Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün verginin 0,15 ABŞ dolları artırılmasına dair müddəa da ləğv olunur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər