Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib – FOTO VİDEO

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Ağcabədi, Ağdam, Tərtər, Füzuli və Zərdab
rayonlarından olan vətəndaşları qəbul edib.

“Aran” xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərindəki
abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad
olunub.

Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işlərinin genişləndirilməsi, İslam dininə aid
ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması, dini qurumların dövlət
qeydiyyatına alınması, habelə digər məsələrlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda
vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin
görülməsi ilə bağlı tapşırıqlar verilib.

Hüseyn Quluzadə

Fotolar Mais İBRAHİMOVUNDUR

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər