Gələn ay Bakıda İsraillə Azərbaycan arasında Birgə komissiyanın iclası keçiriləcək

Bu gün Azərbaycanda 140-a qədər İsrail şirkəti fəaliyyət göstərir.

APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

“İki ölkə arasında birbaşa uçuşların açılması əlaqələrimizə daha da töhfə verib. Aprelin 19-da Bakıda İsrail-Azərbaycan iqtisadi əlaqələr üzrə komissiyasının iclası keçiriləcək. Əminəm ki, bu iclas bizim səmərəli əməkdaşlığımıza töhfə verəcək. Azərbaycan və İsrail arasında kənd təsərrüfatı, su idarəçiliyi sahəsində əməkdaşlıq var. Elm, təhsil, mədəniyyət, turizm sahəsində əməkdaşlığımız dərinləşir”, – Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, İsrail Azərbaycandan xam neft idxal edir ki, bu da ölkənin idxalının 30 faizini təşkil edir: “Azərbaycanın zəngin “yaşıl enerji” resursları var. İsrailin inkişaf etmiş texnologiyasının bu potensial üzərində işləməsi imkanları böyükdür”.

Şərhlər