Ağcabədidə 31 Mart Soyqırımı Günü qeyd olundu

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.

Aran” xəbər verir ki, tədbir Ağcabədi rayon İcra Hakimiyyəti, Ağcabədi Pedoqoji Kolleci, GİKM Ağcabədi nümayəndəliyi və şəhər məktəblərinin nümayəndələrinin iştirakı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin, soyqrım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzin bələdçisi Səbinə Mamedova 31 Mart soyqırımı barədə iştirakçılara geniş məlumat verib. Bildirilib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər.

Sonra çıxış edən RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova öz çıxışında mart soyqırımı haqqında ətraflı məlumat verib, xalqımızın başına gətirilən müsibətlərin dünyaya çatdırılması üçün dövlətimiz tərəfindən aparılan təbliğat işlərindən söz açıb.

Daha sonra Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva, GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova, Mərkəzin elmi işçisi Ruhin Hüseynov  Mart soyqırımının dəhşətlərindən ətraflı danışaraq qeyd ediblər ki, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Ümummilli lider  Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə bu hadisəyə siyasi müstəvidə qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 

Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar Mərkəz əməkdaşları tərəfindən hazırlanmış sərgi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər