“Aran” xəbər verir ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ağcabədi rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda, həmçinin ümumtəhsil məktəblərində silsilə tədbirlər təşkil edilib.
Ağcabədi regional “ASAN xidmət” mərkəzində həyata keçirilən tədbirdə ADPU-nun Ağcabədi filialının tarix üzrə fəlsəfə doktoru Anar Kərimli və Ağcabədi Pedaqoji Kollecinin direktor müavini, tarixçi Rövşən Bayramov tərəfindən soyqırımın tarixi barədə könüllülərə məlumatlar verilib.
Daha sonra mərkəzin könüllüləri tərəfindən vətəndaşlara Soyqırım barədə məlumatlar əks olunan bukletlər paylanılaraq vətəndaşlar maarifləndirilib.
Yekunda isə mərkəzdə Soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunaraq guşə yaradılıb.










Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisində isə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan tədbirdə müzakirələr aparılıb.






31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə silsilə tədbirlər Ağcabədi rayonunun ümumtəhsil məktəblərində də təşkil edilib.



















