DİN: Ötən gün axtarışda olduğuna görə 86 nəfər saxlanılıb

Martın 30-da ölkə ərazisində qeydə alınan 144 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

“Aran” AZƏRTAC-a istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 97, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər