Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edir – FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Aran” APA-ya istinadən xəbər verir ki, ictimai fəallar hava şəraitinin soyuq və küləkli olmasına baxmayaraq, aksiyanı gecəboyu da davam etdiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 110 gündür davam edir.

Şərhlər