Siyasi  dialoq demokratik dəyərdir

Azərbaycan Respublikasının Prezidentinin 11 yanvar 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Siyasi partiyalar haqqında yeni qanun VI fəsildən və 30 maddədən ibarətdir. Siyasi partiyaların nümayəndələrinin  və ekspertlərin gəldiyi qənaətə görə yeni qanun  ölkəmizdə və dünyada baş verən proses və çağırışlara, tendensiyalara uyğunlaşdırılması baxımından, həmçinin  ölkədə siyasi plüralizmin bərqərar olması üçün hərtərfli dolğun bir sənəddir.

Məlum olduğu kimi 1992-ci ildə iyun ayında “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilməsindən 30 ildən artıq bir vaxt keçmişdi. Ona görə də Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün yeni yanaşmanın  qəbul edilməsi zərurətini ortaya çıxarmışdı. Bu baxımdan yemi qanun cəmiyyətdə baş verən hadisələrin, sosial–siyasi tələblərin daha  dolğun  qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etməli  idi.

Qəbul edilmiş yeni qanunda bu kimi məsələlər nəzərə alınmışdır. Qanunun əsas məğzi  ondan ibarətdir ki, siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilir və siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərin balansına xidmət edir. Yeni qanunun qəbul edilməsi regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat addım atmağı tələb edir. Qanunun əsas mahiyyətlərindən biri də ondan ibarətfir ki, siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçıran qüvvələr öz radikal və xain mövqelərini biruzə vermiş olurlar.

“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil, həm də             siyasi şərhlərdə qeyri-obyektiv mövqe tutan xarici və daxili qüvvələrin marağına xidmət edən qüvvələrin maneəsiz fəaliyyətinə də səd qoyur.

Yeni qanunun qəbulu Milli Məclis tərəfindən ölkədə mövcud olan siyasi partiya nümayəndələrinin, siyasi analitiklərin  iştirakı ilə müzakirə edilməsi  köhnə qanuna əsaslı dəyişikliklərin edilməsinə gətirib çıxardı. Qəbul edilmiş qanunda Siyasi partiya anlayışı, partiyaların təsis edilməsi, partiyaların maliyyələşməsi və s. kimi məsələlər qanunvericilikdə konkret şəkildə öz əksini tapdı. Siyasi partiyalara məhdudiyyətlərin qoyulması məsələsi bütün ölkələrdə dilemma yaradır, demokratik cəmiyyət üçün məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasının müvafiq müddəalarında da əksini tapıb. Buna uyğun olaraq yeni qanun layihəsində olan məhdudiyyətlər də əksini tapmışdır.

Qəbul edilmiş yeni qanun xarici qüvvələrin maraqlarına xidmət edən radikal ünsürlərin siyasi sabitliyin pozulmasına  xidmət edən əməllərinin də qarşısını alır.

Yeni qəbul edilmiş “Siyasi partiyalar haqqında qanun”  iqtidarın siyasi dialoq prinsiplərinə sadiq olduğunu bir daha sübut edir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Şərhlər