Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yenidən təşkil olunub.
“Aran” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində yeni şöbə Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb. Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub.
Bundan başqa Baş prokurorun digər əmrilə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini-Statistika şöbəsinin rəisi vəzifəsinə Hümbətov Elnur Akif oğlu təyin olunub.