Böyük Zəfərin başlanğıcı

Aprelin 3-də Ağcabədi rayon İcra Hakimiyyətinin, “Aran Ağcabədi” tv-nin, “Aran” qəzetinin,
Üzeyir Hacıbəyov adına 7 saylı tam orta məktəbin, şəhər 5 saylı uşaq bağçası- körpələr
evi nümayəndələrinin iştirakı ilə “Böyük Zəfərin Başlanğıcı-Aprel Döyüşləri” adlı tədbir
keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva
aprel döyüşlərindən ətraflı danışaraq bildirib ki, bu döyüşlər zamanı Tərtər rayonunun
Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq
Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi
istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Bununla da cinayətkar erməni
rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edilib.

Sonra çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rahilə Şükürova,
“Aran Ağcabədi” tv-nin əməkdaşı Pərvin Şakirqızı, Mərkəzin elmi işçisi Ruhin Hüseynov bu
günün tarixi əhəmiyyətindən danışaraq qeyd ediblər ki, aprel döyüşləri 2020-ci ildə
qazanılan böyük zəfərin başlanğıcı idi. Bu döyüşlər Azərbaycan xalqının erməni işğalı
altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirdi.
Çıxışlar zamanı o da qeyd olundu ki, həmin günlərdə Ağcabədinin Hindarx qəsəbəsindən
olan Dilsuz Qarayev böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Yekunda Ağcabədi şəhər 5 saylı uşaq bağçası körpələr evinin balaca fidanlarının ifasında şeir kompazisiyası səsləndirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər