“Qarabağ” və “Sabah”ın futbolçuları dünyanın ən məhsuldar oyunçuları sırasına düşüblər

Milli çempionatlarda 2022/2023 mövsümünün ən məhsuldar futbolçuları müəyyənləşib.

“Report”un məlumatına görə, oyunçuların qol və məhsuldar ötürmə sayının cəminə əsasən hesablanan siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən iki oyunçu yer alıb.

Bunlar “Qarabağ”ın hücumçusu Musa Qurbanlı və “Sabah”ın qolçusu Coy-Lens Mikelsdir. Hər iki ön xətt oyunçusu çempionatın geridə qalan 28 turunda 25 qolda yaxından iştirak edib. Premyer Liqanın hazırkı bombardiri Qurbanlı 20 qol + 5 assistlə dünyanın ən məhsuldar 14-cü oyunçusudursa, Mikels 15+10-luq göstərici ilə 16-cıdır.

Onlar Harri Keyn, Neymar, Xviça Kvaratsxeliya, Kilian Mbappe, Robert Levandovski kimi dünya ulduzlarını geridə qoymağı bacarıblar. Müasir dövrün ən yaxşısı hesab edilən Lionel Messi isə Qurbanlı və Mikelsi cəmi 1 top qabaqlayır. Argentinalı cari mövsüm 13 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Siyahıya Lüksemburqun “Esperanj” klubunun üzvü Rayan Filipp başçılıq edir. O, ölkə birinciliyində meydana çıxdığı 19 qarşılaşmada 21 qol, 20 assistlə komandasına fayda verib. İngiltərənin “Mançester Siti” klubunun qolçusu Erlinq Holann 33 qolda yaxından iştirak etməklə ikinci sırada yer alır. Meksika klubu “Amerika”da oynayan Henri Martin isə 22+9-luq göstərici ilə üçüncüdür.

FutbolçuKlubuOyunQolAssistCəmi
1Rayan Filipp“Esperanj”19212041
2Erlinq Holann“Mançester Siti”2628533
3Henri Martin“Amerika”3022931
4Kodjo Fo Doh Laba“Əl-Ayn”2122931
5Enner Valensiya“Fənərbağça”2226430
6Marko Livaya“Hayduk”, Split26181028
7Dominik Ştolz“Esperanj”19161228
8Rayan BrobbelTNS21131528
9Mateus Pato“Borneo”3023326
10Viktor Osimxen“Napoli”2321526
11David Da Silva“Persib”3021526
12Lionel MessiPSJ24131326
13Mayk Trezor“Genk”3181826
14Musa Qurbanlı“Qarabağ”2520525
15Omer Atzili“Makkabi”, Hayfa2616925
16Coy-Lens Mikels“Sabah”27151025
17Kodi Qakpo“Liverpul”24131225
18Deyvid Sinani“Düdelanj”18131225

Şərhlər