Aprelin 5-də Mingəçevir seysmoloji stansiyasından 33 kilometr şimal-qərbdə – Mingəçevir su hövzəsində zəlzələ qeydə alınıb.
“Aran” AZƏRTAC-a istinadən bildirir ki, yerli vaxtla saat 11:37-də qeydə alınan zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss olunmayıb.