Ötən ay 71 nəfərə elmi dərəcə verilib

Mart ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

“Aran”  AZƏRTAC-a istinadən bildirir ki, ötən ay 59 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 41 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 2 nəfərə imtina cavabı gəlib.

Fevral ayı ərzində 22 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 4 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.

Şərhlər