Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin olunub

Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.

“Aran” APA-ya istinadən xəbər verir. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Şərhlər