D vitamini çatışmazlığı olan insanlarda tez-tez xəstələnmə halları və ya xəstələrdə ağırlaşmalar müşahidə olunur.
“Aran” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, terapevt Zakir Quliyev deyib.
“Günəş şüası görməyən, gün ərzində qapalı məkanlarda olan insanlarda daha çox D vitamini çatışmazlığı müşahidə olunur”, – deyə o qeyd edib.
Uşaqlarda vitamin çatışmazlığından danışan həkim bildirib ki, əgər uşaqlarda ağız yaraları olursa, boyunda uzanma getmirsə, dırnaqları qırılırsa, dəridə quruluq yaranırsa, bu zaman vitamin çatışmazlığından narahat olmaq olar:
“D vitamini dayaq hərəkət sisteminə təsir göstərən ən vacib amillərdəndir. Uşaqlarda bu vitaminin çatışmazlığı zamanı boyun uzanmasında ləngimələr müşahidə edilə bilər”.