DİN: Ötən sutka 2,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının aprelin 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

“Aran”  AZƏRTAC-a istinadən xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,6 kiloqrama yaxın heroin, 1,1 kiloqramdan çox marixuana, 40 qram tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Şərhlər