Laçın-Xankəndi yolundakı aksiya 116 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Aran” APA-ya istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdirib.

Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 116 gündür davam edir.

Şərhlər