Rayon rəhbəri növbəti səyyar görüşü Qiyaməddinli kəndində keçirilib

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nailolunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu tapşırıq və vəzifələr Ağcabədi Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Rayon icra hakimiyyəti başçısının keçirdiyi şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə yerlərdə səyyar qəbullar da keçirilir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbul qrafikinə uyğun olaraq növbəti görüşünü rayonun Qiyaməddinli kəndində keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, xidmət təşkilatlarının əməkdaşları, kənd sakinləri, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən rayon rəhbəri ölkə prezidentinin müdrik səyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq, əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb.Həmçinin natiq çıxışında Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, əldə olunan qələbədə xalq, ordu birlyinin təntənəsinə də toxunub. Eyni zamanda icra başçısı ölkədə, regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, rayonun kənd təsərrüfatının aparıcı sahələrindən olan pambıqçılıq, baramaçılıq, həmçinin suvarma suyu və kənd təsərrüfatının digər sahələrindən ətraflı danışıb. Sonra söz kənd sakinlərinə verilib.

Görüşdə çıxış edən kənd sakinləri səyyar qəbuldan razı qaldıqlarını və əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirərək, müəyyən məsələlərin həlli ilə bağlı müraciət ediblər.

Müraciətlərdə kənd sakinlərinin, xüsusən şəhid ailələrinin təşəbbüsü və dəstəyi ilə tikintisi başa çatmış həkim məntəqəsinin sənədləşmə işlərinin aparılmasında çətinliklərin olması, kənd tam orta məktəbəni istilik sistemi ilə daim təmin etmək üçün məktəbin ümumi qaz xəttinə qoşulması, içməli su, suvarma suyu, 1 ədəd batmış subartezian quyusunun bərpası, kənddaxili yolun asfaltlanması, barama istehsalı məqsədilə çəkil bağının salınması, 1996-cı ildə torpaq islahatı vaxtı ailə üzvlərinə ayrılan pay torpaq sahəsinin hələ də tanıdılmaması, kənd ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz olunması, işıqlanmanın zəif olması, fərdi yaşayış evinə qaz və elektrik xəttinin çəkilməsi, bələdiyyədən əkin üçün icarə qaydasında torpaq sahəsinin ayrılması, vətəndaşın istifadəsində olan bələdiyyə torpağının sənədləşdirilməsi və digər məsələlər qaldırılıb.

Rayon rəhbəri kənd sakinləri tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirərək, müvafiq qanunvericilik qaydaları və mövcud vəziyyət nəzərə alınmaqla həlli mümkün məsələlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib.

Hüseyn Quluzadə

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər