Ağcabədidə futbol birinciliyi başa çatıb

“Aran” xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə YAP Ağcabədi rayon təşkilatının keçirdiyi futbol üzrə rayon birinciliyi aprelin 4-də başa çatıb.

3-cü yer uğrunda mübarizədə 40 saylı Ağcabədi Yol istismar idarəsinin komandası Qaravəlli kənd komandasına 3:0  hesabı ilə qalib gələrək 3-cü yeri qazanıblar.

Finalda Cəfərbəyli kəndinin və Ağcabədi şəhərinin komandaları qarşılaşıb. Oyunun əsas hissəsi və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Gərgin keçən oyunda Cəfərbəyli kənd komandası 6:5 hesabı ilə qalib olub.

Yarışın bağlanış mərasimində YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar rayon təşkilatı tərəfindən cari ilin yanvar ayından başlayaraq silsilə tədbirlərin keçirildiyini, futbol üzrə komandalar arasında keçirilən rayon birinciliyinin  YAP Ağcabədi rayon təşkilatının təsdiq edilmiş  tədbirlər planına müvafiq olaraq mart ayının 4-də  başladığını,  bir ay davam edərək  bu gün başa çatdığını  qeyd edib. Komandaları təbrik edən Rövşən Əhmədov kubok, Fəxri Fərman və medalları qalib komandaların üzvlərinə təqdim edib.

Yarışlarda  Cəfərbəyli kənd komandası I,  Ağcabədi şəhər komandası II, 40 saylı Yol İstismar idarəsinin komandası isə  III yerdə qərarlaşıb.

Kənan İsayev

                                              

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər