Ağcabədidə “Şahin”  hərbi – idman oyunu ilə bağlı hərbi hazırlıq müəllimlərinin məlumatlandırılması üçün toplantı keçirilib

Aprelin 6-da  Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 18 aprel 2023-cü il tarixdə “Şahin”  hərbi – idman oyununun rayon birinciliyinin keçirilməsi ilə bağlı hərbi hazırlıq müəllimlərinin məlumatlandırılması üçün yığıncaq keçirilib.

“Aran” xəbər verir ki, toplantıda Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, SHXÇDX -nın Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil sektorunun əməkdaşı Baxşeyiş Məmmədov çıxış edərək qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində milli hərbi kadr hazırlığı məsələsini prioritetə çevirib. Azərbaycanlı gənclərin zabit peşəsinə yiyələnmələri üçün o zamankı ittifaq çərçivəsində əsaslı işlər görülüb. İndiki dövürdə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan siyasətin əsas istiqamətlərindən biri kimi gənclərin vətənpərvərlik tərbiyəsi məsələsinin əhəmiyyətini konkret faktlarla əsaslandırılıb. Natiqlər bildirib ki, çağırışaqədərki hazırlıq dərsləri gənclərin ilkin hərbi biliklərə yiyələnmələrində, onların hərbi xidmətə hazırlanmalarında mühüm əhəmiyyət daşıyır.

Toplantının gedişi zamanı “Şahin” hərbi-idman oyunun eləcədə digər tədbir və idman yarışlarının keçirilməsidə baş verən nöqsanları, onların aradan qaldırılması, həlli yollarını müakirə edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Şərhlər